İtaliyanın "Yuventus" klubunun futbolçusu sifətində 16 ölkənin bayraqları olan maskanın fotosunu paylaşıb.
Sportnet.az-ın məlumatına görə, argentinalı hücumçu "Instagram" hesabında maskanın bu gün özünüqoruma, sabah isə özlərinin kim olduğunu müəyyənləşdirmə vasitəsi kimi istifadə olunduğunu yazıb. O, heç vaxt təslim olmayanları dəstəkləməkdə yardım istəyib.
Maskada təsvir olunan bayraqlar koronavirus pandemiyasından daha çox əziyyət çəkən ölkələrə - ABŞ, İtaliya, Çin, İspaniya və s. məxsusdur.
Dibala həyat yoldaşı ilə birgə koronavirusa yoluxub.
Qeyd edək ki, daha əvvəl "Yuventus"un forvardı Kriştianu Ronaldu koronavirus pandemiyası ilə əlaqədar müraciətlə çıxış edib. O, Portuqaliya və İtaliyanın bayraqları rəngində maskalar geyinib.