"Neftçi"nin futbolçusu Donald Gerye karyerası ərzində birlikdə oynadığı ən istedadlı futbolçunun adını açıqlayıb.
Sportnet.az "Haititempo" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı haitili yarımmüdafiəçi həmyerlisi Ceff Luini fərqləndirib.
Gerye Fransanın "Kan" klubuna məxsus və icarə əsasında "Keviyi"də çıxış edən 28 yaşlı yarımmüdafiəçinin çox güclü və istedadlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.
Yarımmüdafiəçi daha öncə "Qarabağ"a keçərkən Haiti prezidentinə zəng edildiyini söyləyib.