“Koronavirusu ölkəyə mən gətirmədim, yardım da etmirəm”.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Paraqvayın “Olimpiya” klubunda çıxış edən Emmanuel Adebayor ölkəsi Toqoda yardım aksiyasına qoşulmamasına münasibət bildirərkən deyib.
36 yaşl hücumçu onu Samuel Eto O və Didye Droqba ilə müqayisə etdiklərini söyləyib: “Mənim xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün üzgünəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq".
Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində İngiltərədə "Arsenal", "Mançester Siti", İspaniyada isə "Real Madrid" kimi klubların formasını geyinib.