
Belarus Kubokunda daha bir finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, BATE komandasıdır. Borisov təmsilçisi yarımfinalda Mozır "Slaviya"sını yenib - 2:0. BATE ilk matçda 0:1 hesabı ilə uduzmasına rəğmən, iki oyunun nəticəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.
Finalda rəqib Brest "Dinamo"su olacaq. "Dinamo" yarımfinalda Soliqorsk "Şaxtyor"unu səfər qolları ilə üstələyib - 2:0, 2:4.