UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyasına görə elan olunmuş karantində azyaşlı futbolçular üçün təşkil etdiyi "Çempion müəllimlər" rubrikasında "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev də iştirak edib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı futbolçu Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.