"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter”
daha bir futbolçuya elçi düşüb. Sportnet.az-ın
məlumatına görə, Milan təmsilçisi hazırda "Liverpul”da çıxış edən sabiq hücumçusu
Mario Balotellini geri qaytarmaq istəyir.
İngiltərə mətbuatının məlumatına görə, dünən Balotelli
və "neradzurra”nın baş məşqçisi Roberto Mançini telefonda əlaqə saxlayıb.
Təcrübəli çalışdırıcı keçmiş futbolçusunu yanvar ayında A Seriyasına qaytara
bilər. Mançininin bu keçidi reallaşdırmaq üçün qış transfer pəncərəsini gözlədiyi deyilir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan 24 yaşlı forvard 2007-2010-cu illərdə "İnter"də çıxış edib. O, 2010-2013-cü illərdə isə Mançininin çalışdırdığı İngiltərə "Mançester Siti"sində çıxış edib. Daha çox qalmaqqaları ilə gündəmdə olan Balotelli "Siti"də forma geyərkən, Mançini ilə əlbəyaxa dava etmişdi.