"Karantin dönəmində qardaşımla məşqlərə ara vermirdik. Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero CBC Sport kanalına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi xüsusi karantin dönəmində kitablar oxuyuraq və seriallara baxaraq vaxtını keçirdiyini söyləyib: "Karantin vaxtı mənəvi olaraq çox pis təsir edir. Ümid edirəm ki, hər şey yaxşıya doğru gedəcək".
Qeyd edək ki, Xayme Romero 2019-cu ilin yayından "Qarabağ"ın formasını geyinir.