Almaniya millisi təcrübəli qapıçısı Manuel Noyer "Qızıl
top"a namizədliyini dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, o, bu mükafata namizəd olduğu
üçün qürur duyduğunu bildirib.
"Bavariya"nın qapıçısı "Qızıl top”u qazanmaq üçün şansının çox aşağı
olduğunu deyib:"Qızıl top" kimi böyük mükafata namizəd olduğum
üçün qürur duyuram. Qapıçı üçün bu mükafatı qazanmaq çox çətindi. Hələ Ronaldo və
Messi kimi rəqiblər varsa, bir qapıçının "Qızıl top"u qazanması
imkansızdı. Məni bu ulduzlarla bərabər namizəd göstərənlərə təşəkkür edirəm.
Ronaldo və Messi mükafat uğrunda mübarizədə məndən daha çox üstünlüyə malikdi.
Bu xüsusi vəziyyət üçün rəqib hücumçulara da təşəkkür edirəm. Futbolu
gözəlləşdirən hücumçulardı".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |