İtaliya A Seriyasında
son pilləni tutan "Parma"nın icraçı direktoru Pyetro Leonardi klubun
satıldığını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı da təsdiqləyib.
Leonardi yeni sahibin
kimliyinə aydınlıq gətirməsə də, anlaşmadan razı qaldıqlarını bildirib. Bu
arada yerli KİV-lərdə yayılan məlumatlara görə, klubu rus və kiprli investorlar
5 milyon avroya satın alıb.
Qeyd edək ki, 1913-cü ildə əsası qoyulan və ölkənin tarixi klublarından olan "sarı-göylər" 2 dəfə (1994–95, 1998–99) UEFA Kubokunu (indiki Avropa Liqası), 1 dəfə isə UEFA Super Kubokunu qazanıb.