Dünya
futbolunun əfsanəsinin vəziyyəti artıq yaxşılaşıb. Sportnet.az-ın məlumatına
görə, Pele bu gün San-Paulu şəhərinin Albert Eynşteyn adına xəstəxanasını tərk
edəcək.
Braziliyalı
24 noyabr tarixində ağır ağrılar səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Orada
o, əməliyyat olunaraq böyrəyindən daş çıxarılıb.
2
həftə ərzində Pelenin vəziyyəti daha da pisləşərək reanimasiya şöbəsinə yerləşdirilsə
də, artıq vəziyyəti yaxşılığa doğru dəyişib.
Bu gün Pelenin mətbuat konfransı keçirəcəyi gözlənilir.