UEFA cari mövsüm Çempionlar Liqasında son püşkatmanın detallarını açıqlayıb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, mərasim əvvəldən də bilindiyi kimi, iyulun 10-da İsveçrənin Nyon şəhərində olacaq və Bakı vaxtı ilə 14:00-da start götürəcək.
Püşkatmada 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşməklə yanaşı, final matçının nominal meydan sahibi də bəlli olacaq.
1/4 finaldan etibarən eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərlər. Əlavə məhdudiyyətlər tədbirdən əvvəl təsdiqlənəcək.
Bu mərhələnin 4 iştirakçısı artıq məlumdur: "Atalanta" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Leyptsiq" (Almaniya) və PSJ (Fransa).
Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək:
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
İlk oyun - 0:3
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1
"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1
"Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1
1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.
12-15 avqust
1/4 final
18-19 avqust
Yarımfinal
23 avqust
Final