Mövsümün sonunda Jelko Sopiçlə yollarını ayıran "Sabah"ın yeni baş məşqçisi də əcnəbi olacaq.
Klubun Mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Sportnet.az-a verdiyi məlumata görə, hazırda ispaniyalı mütəxəssislə danışıq gedir.
Masazır təmsilçisinin rəsmisi onun kimliyini açıqlamasa da, bunun yerli mətbuatda adı hallanan Raul Ruis Qonsales Rianço olmadığını bildirib.
Qeyd edək ki, "Sabah" koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Azərbaycan Premyer Liqasını 21 xalla 6-cı sırada başa vurub.