"Keşlə" ilə yollarını ayıran Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər.
Bu barədə Sportnet.az-a 32 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. O, qonşu ölkədən 1-2 variantının olduğunu vurğulayıb: "Danışıqlar aparacağam. Alınmasa, başqa şey fikirləşəcəyəm. Çalışacağam, alınsın. Karyeramı bitirmək üçün hələ tezdir. Amma klub tapa bilməsəm, karyeramı bitirəcəyəm. Ölənədək kiminsə dalınca düşəsi, ona-buna ağız açası deyiləm".
Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib.