
“Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az qəsəbə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda rumıniyalı müdafiəçi Adrian Skarlatake və Nicat Süleymanovla vidalaşıb.
Qeyd edək ki, Adrian Skarlatake 2018-ci ildən, Nicat Süleymanov isə başa çatan mövsümdə icarə əsasında "Zirə"də çıxış edirdi. Süleymanov daha sonra müqavilə ilə məxsus olduğu "Qarabağ"la da yollarını ayırıb.
Xatırladaq ki, "Zirə" daha əvvəl kapitanı Cavid Hüseynovla yanaşı Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə də müqaviləni yeniləməyib.