İspaniya "Valensiya"sının futbolçusu Ferran Torres İngiltərənin "Mançester Siti" klubuna transfer olacaq.
Sportnet.az-ın "Eurosport"a istinadən məlumatına görə, 20 yaşlı hücumçu bu keçidə razılıq verib. Klublar arasındakı danışıqlarda da anlaşma əldə edilib.
İspaniyalı forvard "şəhərlilər"lə uzunmüddətli müqavilə bağlayacaq. Maliyyə detalları açıqlanmasa da, gənc futbolçunun müqaviləsində dəbbə pulunun 100 milyon avro göstərildiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm Ferran Torres 42 oyunda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.