"Mançester Siti" növbəti mövsüm də Çempionlar Liqasında doğru hərəkət etdiyi üçün yox, İdman Arbitraj Məhkəməsi (CAS) səhv olduğu üçün mübarizə aparacaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri La Liqa prezidenti Xavyer Tebas ESPN-ə açıqlamasında deyib.
CAS-ı sərt şəkildə tənqid edən funksioner cəzanın ləğvinin doğru qərar olmadığını bildirib: "Mançester Siti" sənədləri saxlayıb? Mümkünsə, son qərarı oxumaq istəyirəm. PSJ haqqındakı son qərarı da oxuya bilmədik. Qərarı oxuya bildiyim gün Xosep Qvardiolaya inandığımı söyləyəcəyəm".
La Liqanın rəhbəri CAS-ın qərarlarının şübhəli olduğunu və "Mançester Siti" klubunun nələr etməsinin hamıya bəlli olduğunu vurğulayıb: "Futbolun içindəki hər kəs klubun nə etdiyini bilir. CAS-ın qərarlarında isə şəffaflıq yoxdur".
Qeyd edək ki, CAS UEFA-nın "Mançester Siti"ni avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərarı ləğv edib.