
İngiltərənin "Arsenal" klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, London təmsilçisi 22 yaşlı yunanıstanlı müdafiəçi ilə imzalanan sözləşmənin müddətini və digər detallarını açıqlamayıb.
"Topçular" Mavropanosu gələn mövsümün sonuna kimi Almaniya "Ştutqart"ına icarəyə verib.
Qeyd edək ki, Konstantinos Mavropanos 2018-ci ilin yanvarından "Arsenal"da çıxış edir. O, bu vaxta qədər 8 dəfə komandanın formasını geyinə bilib.