İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Çempionşip təmsilçisi "Koventri"nin əsas transfer hədəflərindən biridir.
Sportnet.az "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, klub 21 yaşlı hücumçu ilə yanaşı, "Monako"nun mərkəz müdafiəçisi Conatan Panzonu heyətinə qatmaq istəyir.
Klub hər iki oyunçu üçün danışıqları davam etdirir. Dadaşovun icarəyə verilməsinə və ya başqa kluba satılmasına baş məşqçi Nunu Eşpiritu Santu qərar verəcək.
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.