Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.
Sportnet.az-ın məlumatına görə, "Sabah" hazırda Qəbələdədir. Paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes iyunun 21-də Azərbaycanda olacaq və komandaya qoşulacaq.
Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar da Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.
"Qəbələ" komandası isə iyulun 20-də doğma meydanda hazırlığa start verəcək.