
"Səbail" klubu daha 4 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, Rauf Əliyev, Lema Mabidi, Elxan Əhmədov və Kamal Bayramov 2020/2021 mövsümündə də komandanın formasını geyinəcək.