"Samtredia" klubunda çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Gürcüstan çempionatında VI turun rəmzi komandasına düşüb.
Sportnet.az-ın məlumatına görə, "live.ge" nəşri 28 yaşlı yarımmüdafiəçini "11-liy"ə hücumçu kimi daxil edib.
Xatırladaq ki, Nicat Qurbanov VI turda "Merani" ilə görüşün 54-cü dəqiqəsində penaltidən fərqlənib və komandasına qələbə qazandıran qola imza atıb - 2:1.
O, vurduğu qolu əsgər salamı ilə qeyd edib. Qurbanov bu qolu şəhidlərə və bütün əsgərlərə həsr etdiyini bildirib. "Samtredia" 6 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.