
AFFA-nın
dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə bu gün
eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında futzal turnirinə start
verilib. Sportnet.az-ın məlumatınagörə, turnir Beynəlxalq Əlillər
Gününə həsr olunub.
	
	Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin ilk
oyun günü keçirilmiş qarşılaşmaların nəticəsini diqqətinizə çatdırırıq:
	
	
Şimşək – Birlik 3:4
Zirvə - Ümid 6:3









                 





    
    
    
    
    
    
    
    
    

























































