Rusiyanın "Axmat" komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi "Instagram"ına istinadən məlumatına görə, bu, Andrey Talalayevdir. Əvəzində İqor Şalimovun 2020/2021 mövsümünün sonunadək qüvvədə olan müqaviləsinə xitam verilməsi qərara alınıb.
Talalayevin son iş yeri iyunun 28-də rəhbərlik etdiyi "Krılya Sovetov" olub. Onun rəhbərliyi altında Samara təmsilçisi 6 oyun keçirib və 31 xalla 15-ci yeri tutaraq, Premyer Liqanı tərk etməkdən qurtula bilməyib. "Axmat" isə 31 xalla 13-cü olub.