
2020/2021 mövsümünə Qəbələdə hazırlaşan "Sabah"ın növbəti yoxlama oyununun vaxtı müəyyənləşib.
Klubun Mətbuat katibi Elnur Həmidovun Sportnet.az-a verdiyi məlumata görə, Masazır təmsilçisi ikinci sınağında "Sumqayıt"la qarşılaşacaq.
İyulun 30-da keçiriləcək matçın başlama saatı 18:30-dur.
Qeyd edək ki, "Sabah" Qəbələdəki ilk oyununda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.