İspaniya "Valensiya"sına yeni baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, 50 yaşlı Xavi Qrasiyadır. Onunla 30 iyun 2022-ci ilədək müqavilə bağlanılıb.
Qeyd edək ki, Qrasiyanın son klubu 2018-ci ilin yanvarından 2019-cu ilin sentyabrınadək çalışdığı İngiltərə "Uotford"u olub. İspaniyalı baş məşqçi "Almeriya", "Osasuna", "Malaqa" və Rusiya "Rubin"inə də rəhbərlik edib.