"Sumqayıt" mövsümün sonunda müqaviləsi başa çatan legionerlərdən biri ilə razılığa gəlib.
Klubun Mətbuat katibi Rəşad Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Cəmaləddin Xocaniyazovla anlaşıb.
Türkmənistan əsilli rusiyalı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb.
"Sumqayıt" həmçinin israilli yarımmüdafiəçi Əmir Ağayev və iranlı hücumçu Peyman Babayi ilə də danışıqları davam etdirir.
Qeyd edək ki, karyerası ərzində "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural" kimi komandaların formasını geyinmiş Xocaniyazov Norveçin "Orxus" komandasında oynayıb. O, "Sumqayıt"dan əvvəl isə Belarus BATE-sində çıxış edib.