
Bolqarıstanın hüquq mühafizə orqanları ölkənin milli çempionatında çıxış edən futbolçulardan doqquzunu danışılmış oyunlarda iştirak etdiklərinə görə həbs edib. Sportnet.az-ın məlumatına görə, həbs olunanlar arasında Sofiya ÇSKA-sında çıxış edən Aleksandr Tunçev, "Lokomotiv"in forvardı Martin Kamburov, eləcə də "Çerno More"dən  Kiril Kotev də var.
Qeyd edək ki, Bolqarıstanda danışılmış oyunlarda iştirak cinayət hesab edilir. Buna görə həmin şəxslərə altı ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.









                 





    
    
    
    
    
    
    
    
    

























































