Şimali Makedoniyanın "Sileks" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la matç üçün Azərbaycana çatıb.
Sportnet.az xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edib. Komandanın baş məşqçisi Qoran Simov saat 19:30-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.