İtaliyanın "Milan" klubu futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu ilə başa çatan sözləşmə 2021-ci ilin iyununadək uzadılıb.
Qeyd edək ki, yanvarda "Milan"a qayıdan 38 yaşlı oyunçu ötən mövsümün ikinci yarısında 20 oyuna 11 qol vurub.