AFFA və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.
Sportnet.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb.