
“Neftçi” veteran futbolçusu Arzu Mirzəyevin vəfatı ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, klub sabiq yarımmüdafiəçisinin ölümündən kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Arzu Mirzəyev 1979 - 1983-cü illərdə "Kəpəz"də, 1984 - 1991-ci illərdə “Neftçi”də forma geyinib. O, flaqmanın heyətində 181 oyun keçirib, 5 qol vurub. Mirzəyev futbolçu karyerasını bitirdikdən sonra "Kəpəz" və Gədəbəyin "Narzan" komandalarının baş məşqçisi də olub. O, son illərdə Gəncədəki "Təhsil" İdman Mərkəzində məşqçi işləyib.