"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Adem Büyüklə yollarını ayırıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Forvard ayrılmaq istədiyi üçün "sarı-qırmızılar"a 2 milyon 10 min 508 TL təzminat ödəyəcək. Hücumçu karyerasını Türkiyə Super Liqasında çıxış edən "Yeni Malatyaspor"da davam etdirəcək.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.