Tofiq Fətullayev öz istəyi ilə AFFA-nın İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu vəzifə hazırda İntizam Komitəsinin üzvü olan Erkin Hüseynova həvalə edilib. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərarın qəbul olunması nəzərdə tutulub.
AFFA-nın rəhbərliyi T.Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.