"Neftçi"nin yeni transferi Prins İbara forma seçimini edib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı konqolu hücumçu 13 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Prins İbara Belçikanın "Birşot” klubundan mövsümün sonunadək icarəyə götürülüb. O, Konqonun ACNFF (2014), "Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin "Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.