Moldovanın "Şerif" klubunun avqustda vurduğu ən yaxşı qol müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, sorğu Tiraspol təmsilçisinin sosial şəbəkə hesablarında azarkeşlər tərəfindən aparılıb.
Komandanın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la görüşdəki qolu səsvermədə birinci olub. 78-ci dəqiqədə endirilmiş dəqiq zərbənin müəllifi Frank Kastanyeda olub.
Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi bu gün Norveç "Molde"si ilə üz-üzə gələcək. "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.