Azərbaycan Premyer Liqasının III turu “Neftçi”nin qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər matçı (1:1) qolkiperin Premyer Liqada “ağ-qaralar”ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb. O, 2015-2016-ci illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.
Qeyd edək ki, Aqil Məmmədov Azərbaycan çempionatlarında “Neftçi”də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.
2014/2015 |
Neftçi |
13 |
-16 |
2015/2016 |
Neftçi |
28 |
-34 |
2019/2020 |
Neftçi |
6 |
-3 |
2020/2021 |
Neftçi |
3 |
-4 |
Cəmi |
50 |
-57 |