İngiltərə Premyer Liqası klublarında koronavirusa 3 yeni yoluxma aşkarlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, yeni mövsümdə üçüncü testləşmənin nəticəsi əsasında üzə çıxıb. 14 - 20 sentyabrda aparılmış yoxlamadan 1574 nəfər keçib.
Premyer Liqa klub nümayəndələri və oyunçuların testləşdirilməsini həftədə bir dəfə aparır. Üç həftə ərzində ümumilikdə on yoluxma qeydə alınıb.
Qeyd edək ki, İngiltərədə yeni mövsüm sentyabrın 12-də start götürüb.