Fransanın PSJ klubunun futbolçusu Anxel Di Mariya 4 matçlıq diskvalifikasiya olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib. Argentinalı hücumçu 0:1 hesabı ilə uduzduqları qarşılaşmada "Marsel"in oyunçusu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb. Diskvalifikasiya sentyabrın 29-dan qüvvəyə minəcək.
Bundan başqa İntizam Komitəsi Qonsales və PSJ-nin digər forvardı Neymarın məsələsinə 30 sentyabr iclasında baxmağı qərara alıb. "Sambaçı" "Marsel"lə qarşılaşmada rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə alıb. O, Qonsalesi irqçilikdə günahlandırıb.