FIFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.
Sportnet.az-ın məlumatına görə, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.
FIFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.
Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FIFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.