İtaliyanın "Cenoa" klubunun qapıçısı Mattia Perində koronavirus aşkarlanıb.
Sportnet.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper A Seriyasının II turunda səfərdə "Napoli" ilə matçı buraxacaq.
"Cenoa"nın baş məşqçisi Rolando Maran mətbuat konfransında Perinin temperaturunun yüksək olduğunu söyləyib.
Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək "Napoli" - "Cenoa" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Mattia Perin müqavilə ilə "Yuventus"a məxsusdur və icarə əsasında "Cenoa"da çıxış edir.