
"Qarabağ"ın futbolçusu Donald Geryenin Polşada "Legiya"ya qarşı Avropa Liqasının pley-off oyununun iştirak ərizəsinə düşməməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, haitili cinah oyunçusu Varşavaya matça 1 saat qalmış çatıb. Bu səbəbdən, təcrübəli müdafiəçinin adını "18-liy"ə daxil etmək mümkün olmayıb. Beləliklə, pasport problemini vaxtında həll etmədiyi üçün komanda ilə birgə səfərə yollana bilməyən Gerye sonradan özünü Polşa paytaxtına çatdırmasına baxmayaraq, kənarda qalacaq.
Qeyd edək ki, bu gün "Wojska Polskiego" stadionunda keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.