
İtaliyanın "Napoli" klubunun futbolçusu Petr Zelinskidə koronavirus aşkarlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı polşalı yarımmüdafiəçinin testi müsbət nəticələnib. Zelinski təcrid edilib və komandanın digər üzvləri yenidən testdən keçirilir.
Qeyd edək ki, "Napoli" A Seriyasının III turunda səfərdə "Yuventus"la qarşılaşacaq. Oktyabrın 4-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.