
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.
Sportnet.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Parma"nın futbolçusu Matteo Darmian icarəyə götürülüb. "İnter" mövsümün sonunda 31 yaşlı italiyalı müdafiəçini heyətinə qatmaq hüququna malikdir.
Qeyd edək ki, Matteo Darmian "Parma"ya 2019-cu ildə İngiltərənin "Mançester Yunayted" klubundan keçib.