İtaliya "Milan"ının sabiq futbolçusu, hazırda komandada məşqçi kimi çalışan Daniele Bonerada koronavirus aşkarlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qızdırması ilə əlaqədar testdən keçən keçmiş müdafiəçi üçün cavab müsbət olub. O, evində təcrid olunub və vəziyyəti normaldır.
Daha əvvəl "qırmızı-qaralar"ın futbolçusu Zlatan İbrahimoviç koronavirusdan müalicə alıb. O, artıq komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, "Milan" A Seriyasının növbəti turunda "İnter"lə üz-üzə gələcək. Görüş oktyabrın 17-də keçiriləcək.