
Türkiyə Super Liqasında çıxış edən "Hatayspor" komandasının 3 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, test nəticəsi müsbət olan oyunçular karantinə alınıb.
Qeyd edək ki, "Hatayspor" 5-ci turda "Erzurumspor"la üz-üzə gələcək. Oktyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.