spaniya La Liqasının VII turunda "Barselona" ilə matçda zədələnən "Real Madrid"in futbolçusu Naço Fernandesin durumuna aydınlıq gəlib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, "Nou-Kamp"da baş tutan El-Klasiko "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Naço Fernandes ilk hissədə xəsarət alıb və 43-cü dəqiqədə əvəzlənib.