
"Neftçi”nin qış hazırlıq planı bəlli olub. Sportnet.az xəbər verir ki, Topaz Premyer Liqasının XVIII turunda turunda "İnter"ə məğlub olan və istieahətə yollanan komanda yanvarın 6-da Bakıda bir araya gələcək.
Komanda ayın 11-nə qədər toplanışı paytaxtda keçirəcək. 5 günlük məşqlərin ardından "ağ-qaralar" yanvarın 11-də Türkiyəyə yollanacaq. 13 gün Antalyada təlim-məşq toplanışında olacaq komanda yanvarın 24-də vətənə qayıdacaq. Antalyada olduğu müddətdə Arif Əsədovun komandası 6 yoxlama görüşü keçirməyi planlaşırıb.