Argentinanın "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradonanın həkimi Leopoldo Luke onun vəziyyətindən danışıb.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, 60 yaşlı mütəxəssisin tezliklə evə buraxılacağını söyləyib.
Luke Marodonanın durumunun yaxşı olduğunu bildirib: "O, artıq xəstəxanadan çıxmağı gözləyir. Terapevtlər demək olar ki, vaxt təyin ediblər. Tezliklə onlarla danışacağıq. Bir neçə testdən keçməliyik, amma irəliləyişlərin olduğu aydındır. Praktiki olaraq sağlamdır və artıq xəstəxananı tərk etmək istəyir. O, bu gün və ya sabah evə buraxılacaq".
Maradona sonuncu dəfə oktyabrın 30-da "Ximnasiya və Esqrima" komandasının "Patronato"nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək, qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.
Qeyd edək ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.