İspaniya yığmasının futbolçusu Serxio Ramos İsveçrə ilə UEFA Millətlər Liqasının V tur matçında iki penaltini dəqiq yerinə yetirə bilməyib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi 57-ci və 80-ci dəqiqələrdə 11 metrlik cərimə zərbələrindən yararlanmağı bacarmayıb. Hər iki halda kapitanın zərbəsini meydan sahiblərinin qapıçısı Yan Zommer dəf edib. İkinci penaltinin səbəbkarı Niko Elvedi qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.
Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İsveçrə millisindən Remo Froyler 26-cı, İspaniya yığmasından "Vilyarreal"ın hücumçusu Jerar Moreno 89-cu dəqiqədə fərqlənib.
Qeyd edək ki, hazırda İspaniya yığması A Liqasının 4-cü qrupunda 8 xalla 2-ci, İsveçrə isə 3 xalla sonuncu yerdə gedir.