"Neftçi"nin sabiq futbolçusu Jairo Rodriges koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 27 yaşlı oyunçunun özü açıqlama verib. Mərkəz müdafiəçisi bazar ertəsindən məşqlərə qatıla bilmədiyini və hazırda yeni testin nəticəsini gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Portuqaliyanın səviyyəcə 3-cü liqasında çıxış edən "Fabril" noyabrın 21-də ölkə kubokunun III raundunda "Portu" ilə üz-üzə gələcək.